[b]Roman Qriqorçukun köməkçisi dəqiqləşdi[/b]
11.06.2016 - 17:29
[b]Roman Qriqorçukun köməkçisi dəqiqləşdi[/b]

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Azərbaycan çempionu tituluna yiyələnən əvəzedicilərin baş məşqçisi olan Ramin Quliyev klubdakı fəaliyyətini əsas komandada davam etdirəcək.

Əvəzedicilərədək yerli akademiyanın aşağı yaş qruplarından olan komandalarında da çalışmış 35 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.


Qeyd edək ki, bunadək Roman Qriqorçukun başçılıq etdiyi məşqçilər korpusunda yer alan Mixaylo Savka və Stepan Matveyevin “Qəbələ”dəki fəaliyyəti başa çatıb. 2015-ci ilin yanvarından klubda çalışan ukraynalı məşqçilər ailə vəziyyəti ilə əlaqədar əsas komandadan ayrılıblar.