[b]Ronaldo: Poqbanı “Real”a gətirin...[/b]
03.06.2016 - 09:40
“Real”ın futbolçusu Kriştianu Ronaldo Madrid təmsilçisində görmək istədiyi futbolçunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz komandasının güclənməyə ehtiyac olduğunu düşündüyündən Florentino Peresdən transfer xahişi edib.
Ronaldo İtaliya “Yuventus”unda oynayan Pol Poqbanı “Real”da görmək istəyir. Bu transferdə baş məşqçi Zinəddin Zidanın da dəstəyini alan futbolçu istəyini Peresə çatdırmağı lazım bilib.
0
0