Ronaldo Messiyə çatdı
03.03.2016 - 13:49
Ronaldo Messiyə çatdı

“Real”ın hücumçusu Kriştianu Ronaldo İspaniya La Liqasının XXVII turunu da qolsuz keçirməyib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı forvard “Levante” üzərində qazanılan 3:1 hesablı qələbəyə 1 qol və 1 məhsuldar ötürmə ilə töhvə verib.

 

Bununla cari mövsümdə 35-ci qolunu vuran Ronaldo 12-ci qol pasını verib. O, məhsuldar ötürmə sayına görə, “Barselona”nın hücumçusu Lionel Messiyə çatıb. Madrid klubunun lideri həmkarını qol sayında üstələyir. Belə ki, Messinin aktivində bu mövsüm hələlik 30 qol var.

 

Qeyd edək ki, 35 qoldan 23-nü La Liqada vuran Ronaldo bombardir Luis Suaresdən cəmi 2 top geri qalır.