“Real” rəhbərliyi Kriştianu Ronaldo ilə bağlı fikrini dəyişib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu” bir müddət əvvəl transferə çıxarmağı planlaşdırdığı portuqaliyalı hücumçunu indi komandada saxlamaq niyyətindədi.
Madrid təmsilçisi ulduz futbolçunun müqavilə müddətini 2021-ci ilə qədər uzatmaq fikrindədi. Ronaldo bu təklifi qəbul edərsə, illik müvacibi 20 milyon avro təşkil edəcək. Superulduz bununla həm də karyerasını “Real”da bitirmək imkanı əldə edəcək. Çünki 2021-ci ildə onun 36 yaşı olacaq və həmin vaxt “Real”ın oyunçusu kimi butslarını mıxdan asa biləcək.
Bu arada, İspaniya Primerosunun XXXIV turunda “Vilyareal”la (3:0) qarşılaşmada zədələnən Ronaldo tibbi müayinədən keçib. Futbolçu növbəti turda “Rayo Valyekano” ilə qarşılaşmanı buraxa bilər.
Qeyd edək ki, Kriştianu bu mövsüm Premeroda keçirdiyi 34 oyunda 31 qola imza atıb və hazırda bombardirlər yarışına başçılıq edir.