Runi əfsanəyə çatdı
08.01.2017 - 00:42
Runi əfsanəyə çatdı

“Mançester Yunayted” İngiltərə Federasiya kubokunun 1/32 finalında “Ridinq”i 4:0 hesabıyla məğlub edərək mərhələ adlayıb. Apasport.az saytının məlumatına görə, oyun mankunianların kapitanı Ueyn Runi üçün əlamətdar olub.

 

Belə ki, komandasının qələbəsinə bir qolla töhfə verən 31 yaşlı hücumçu rekorda imza atıb. “Mançester Yunayted” formasıyla 249-cu qolunu vuran Runi, “qırmızı şeytanlar”ın əfsanəvi hücumçusu, klubun tarixi ərzində ən sərrast futbolçu olan Bobbi Çarltona çatıb.

 

Qeyd edək ki, 2004-cü ildən “Mançester Yunayted”in uğurları üçün çalışan Runi rekorda klubdakı 543-cü oyununda nail olub.