Rus qapıçı “rekord”a doymur
22.11.2016 - 22:03
Rus qapıçı “rekord”a doymur

Moskva MOİK-inin qapıçısı İqor Akinfeyev “rekord”ları yeniləməkdə davam edir. Apasport.az saytının məlumatına görə, rusiyalı “çərçivə qoruyucusu” artıq ardıcıl 42-ci Çempionlar Liqası oyununda da qapısında qol görüb.

 

Belə ki, Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində “Bayer”lə qarşılaşan “hərbçilər” Vollandın qolu ilə hesabda geri düşüblər.

 

Qeyd edək ki, Akinfeyev artıq 10 ildi Çempionlar Liqasında “quru oyun" üzü görmür. O, sonuncu dəfə 2006-cı ilin noyabrın 1-də “Arsenal”la Londonda keçirilən qarşılaşmada qapısının toxunulmazlığını qoruya bilib.