Rusiya millisi üçün növbəti baş məşqçi namizədi
04.08.2016 - 19:44
Rusiya millisi üçün növbəti baş məşqçi namizədi

Rusiya Futbol Federasiyasının (RFF) prezidenti Vitali Mutko milli komandanın baş məşqçiliyinə daha bir namizədlə görüşüb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, RFF prezidenti bu gün Aleksandr Borodyukla bir araya gəlib.

 

Bu barədə “Sport Ekspress”ə çalışdırıcı özü açıqlama verib. Mutko ilə görüşdüklərini təsdiq edən mütəxəssis maraqlı və konstruktiv söhbət olduğunu deyib.

 

Uzun müddət millidə baş məşqçilərin köməkçisi qismində çalışmış Borodyuk “Torpedo”da da işləməyə imkan tapıb. Onun son klubu isə Qazaxıstan təmsilçisi “Kayrat” olub.

 

Qeyd edək ki, Rusiya millisinə əsas namizəd kimi Stanislav Çerçesovun addı hallanır.