[b]Şahin Diniyev: Komandalar təzyiq altında oynadılar[/b]
27.02.2016 - 16:51
[b]Şahin Diniyev: Komandalar təzyiq altında oynadılar[/b]

“Oyun doğrudan da maraqlı keçdi, komandalar təzyiq altında oynadılar.  Uşaqların göstərdiyi futboldan tam razıyam. Sadəcə, qol çatmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən “Kəpəz” – “Sumqayıt” oyunundan (0:0) sonra qarşılaşma haqda fikirlərini açıqlayıb: “Heyətdə problemlər var idi, zədə səbəbindən Junior Osvaldonun oynamaması müəyyən problemlər yaratdı. Komanda meydanda bacardığından da çoxunu elədi. Rəqibi də oyuna görə təbrik edirəm. “Sumqayıt” mənim ən çox sevdiyim komandalardan biridir. Sürətli futbol oynayırlar, tez hücuma atılırlar. Düşünürəm ki, bu gün biz belə həmlələrin qarşısını ala bildik. Rəqib elə-belə komanda deyil. Liderlərə problem yaradan və yaxşı oyun göstərən kollektivdir. Baş məşqçi Samir Abasovun işi görünür”.

 

Mənbə: kapazpfc.az