Serbiya və Avstriyadan qələbə, İrlandiya uduzdu
01.06.2016 - 01:16
Serbiya və Avstriyadan qələbə, İrlandiya uduzdu

Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir neçə yoxlama oyunu keçirilib. Apasport.az saytının məlumatrına görə, AÇ-2016-da çıxış edəcək Avstriya millisi öz meydanında Maltanı çətinliklə məğlub edib - 2:1.

 

İrlandiya - Belarus oyununda isə qonaqlar eynihesablı qələbəyə seviniblər. Nigeriya da səfər qələbəsinə sevinib. Afrikalılar Avropanın “cırtdan”ı Lüksemburqu məğlub ediblər – 3:1.

 

Serbiya isə həmin hesabla İsraili məyus edib.

 

Yoxlama oyunları

31 may

 

Lüksemburq - Nigeriya 1:3

Qollar: Till, 90 - İdeye, 36. İheanaço, 69. İqalo, 93.

 

Serbiya - İsrail 3:1

Qollar: İvanoviç,34. Milunoviç, 74. Tadiç, 88 - Zahavi, 50-pen.

 

Avstriya - Malta 2:1

Qollar: Arnautoviç, 4. Şöpf, 18 - Alaba, 87-a/q.

 

İrlandiya - Belarus 1:2

Qollar: Uard, 72 - Qordeyçuk, 20. Volodko, 64