Serblər UEFA-ya meydan oxudu: “Pandora qutusunu açdınız!”
03.05.2016 - 21:54
Serblər UEFA-ya meydan oxudu: “Pandora qutusunu açdınız!”

Kosova Futbol Federasiyasının UEFA-ya üzv qəbul edilməsi Serbiyanın kəskin etirazına səbəb olub. Apasport.az saytının məlumatına görə, Serbiya Futbol Federasiyasının prezidenti Tomislav Karaciç federasiyanın rəsmi saytından etiraz müraciəti yayımlayıb.

 

“Mən UEFA-nın konqresində demişdim ki, Kosovanın qəbul edilməsi siyasi qərardı. UEFA isə bu qərarı qəbul edərək “Pandora qutusunu açdı”. Bu gün futbolu siyasətə qataraq onu məğlub olmağa məhkum etdilər. Bu hal gələcəkdə futbolun inkişafına çox mane olacaq. Bu, siyasətin futbol üzərindəki qələbəsidi” – deyə o bildirib.

0