Sərgənin əvəzləyicisi bəlli oldu
25.10.2015 - 17:59
Sərgənin əvəzləyicisi bəlli oldu

Türkiyə superliqasında çıxış edən “Sivasspor”da baş məşqçi dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, “Sivasspor” rəhbərliyi ötən gün istefa verən Sərgən Yalçının boşaltdığı baş məşqçi postuna Okan Buruku təyin edib.

 

Belə ki, Okan sabahdan etibarən komandanı “Bursaspor”la oyuna hazırlayacaq.

 

Qeyd edək ki, “Sivasspor” 9 turdan sonra 6 xal toplayaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

0