[b]Şeydayevə bu dəfə də güvənmədilər[/b]
16.09.2016 - 20:02
Türkiyə Superliqasının IV turunda səfərdə “Alanyaspor”la qarşılaşacaq “Trabzonspor”un səfərə aparacağı heyət bəlli olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Ersun Yanal bu dəfə də millimizin üzvü Ramil Şeydayevə güvənməyib.
Belə ki, Alaniyaya aparılan 24 nəfərlik siyahıda həmyerlimizin adı yer almayıb.
Qeyd edək ki, “Alanyaspor” – “Trabzonspor” matçı sentyabrın 17-də keçiriləcək.
0
0