Hollandiya yığmasının müdafiəçisi Deyli Blind mətbuata açıqlama verib. Apasport.az saytının məlumatına əsasən, Türkiyə mediasında yer alan xəbərlərdə o, həmyerlisi Uesli Sneyderi “Mançester Yunayted”ə dəvət edib.
Məlumata görə, Hollandiya və Türkiyə ilə Avro 2016-nın seçmə mərhələsi qarşılaşmasından öncə iki futbolçu arasında bu haqda danışıq olub. “Qalatasaray”ın yarımmüdafiəçisi isə cavabında öz klubundan ayrılmaq istəmədiyini qəti şəkildə bildirib: “Komandamla müqaviləm var və indiki halda burdan getmək fikrim yoxdu”.
Qeyd edək ki, qış transfer pəncərəsi dönəmində holland ulduzla “Yuventus” da maraqlanırdı.