Sona 6 tur qalmış çempion bəlli oldu
28.02.2016 - 21:37
Yunanıstan Superliqasında 2015/16 mövsümünün qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, sona 6 tur qalmış “Olimpiakos” çempionluğu rəsmiləşdirib.
Pireylilər birinciliyin 24-cü turunda “Veria”ya qalib gələrək (3:0), 67-ci xalını qazanıb və ən yaxın izləyicisi AEK-lə xal fərqini əlçatmaz həddə - 21 xala çatdırıb.
Bu, “Olimpiakos”un 43-cü çempionluğudu.
0
0