Stiven Cerard haqqında növbəti iddia
18.11.2016 - 00:10
İlin sonunda “Los-Anceles Qalaksi”dən ayrılacaq Stiven Cerrard karyerasını harda davam etdirəcəyi haqqında şaiyələr səngimir. Apasport.az saytının məlumatına görə, ingilis futbolçunun baş məşqçi işləyəcəyi haqqında xəbərlər yayılıb.
Bu barədə məlumat Britaniya mətbuatında çıxıb. İngilis həmkarlarımızın iddiasına görə, Cerrad bu ölkənin 3-cü dərəcəli liqasında mübarizə aparan “Milton Keyns Dons”u çalışadıracaq.
Qeyd edək ki, bir müddət öncə 36 yaşlı yarımmüdafiəçinin “Seltik” və ya “Nyukasl”da köməkçi məşqçi kimi çalışacağı barədə xəbərlər yayılmışdı.
0
0