“Qarabağ”a uduzmağımız öz günahımızdı. Meydanın ot örtüyünün pis vəziyyətdə olması da bizə bəraət qazandırmaq üçün yetərli deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Anderlext” klubunun futbolçusu Stiven Defur deyib.
Yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ”la Bakıdakı qarşılaşması haqda fikirlərini açıqlayıb. Defur 0:1 hesablı məğlubiyyətə təəssüfləndiyini qeyd edib: “Qarabağ” meydanda tapdığı boşluqlardan daha yaxşı yararlandı. Biz müdafiədə p qədər zəif oynayırdıq ki, Dendokerlə mən də arxa xəttə köməyə gəlməli olurduq. Fasilədən sonra daha yaxşı oynayıb, qol imkanları əldə etdik. Ezekilin zərbəsindən sonra top qapı xəttini keçmişdi. Bu məğlubiyyətdən sonra “Tottenhem”lə növbəti qarşılaşmada mütləq qalib gəlməliyik”.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı