Super Kubok “Yuventus”a baha başa gəldi
24.12.2016 - 19:26
Super Kubok “Yuventus”a baha başa gəldi

İtaliya Super Kubokunda “Milan”a uduzan “Yuventus” həm də oyunçu itkisi ilə üzləşib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “qoca sinyora” braziliyalı müdafiəçi Aleks Sandronun xidmətindən məhrum olub.

 

İlkin müayinələrin nəticəsinə görə, onun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Qeyd edək ki, 2015-ci ildən “Yuventus”un şərəfini qoruyan Sandro bu müddətdə komanda ilə 35 oyunda meydana çıxıb.