Çimərlik futbolu üzrə Azərbaycan millisi FİFA Dünya Kuboku-2017 turnirində ilk oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, İtaliyanın Yezolo şəhərində təşkil olunan Avropa komandaları arasında seçmə mərhələnin ikinci raundunda yığmamız İspaniya ilə qarşılaşıb.
Güclü rəqiblə görüşdə millimiz gözlənilmədən qələbə qazanıb. 4:2 hesabı ilə nəticələnən qarşılaşmada yığmamızın heyətində qolları İlkin Hacıyev, Sabir Allahquliyev və Orxan Məmmədov vurub. Bir dəfə isə avtoqol qeydə alınıb.
Qeyd edək ki, komandamız növbəti matçını sabah İsveçrəyə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.