Təklif 85, tələb 120 milyon
04.05.2017 - 21:45
Təklif 85, tələb 120 milyon

Bu mövsümkü çıxışı ilə diqqətləri üzərinə çəkən “Monako”nun gənc ulduzu Kilian Mbappe Avropa nəhənglərinin “radar”ına düşüb. Apasport.az saytının “The Guardian”a istinadən məlumatına görə, “Mançester Yunayted” də hücumçu üçün təklif hazırlayıb.

 

“Manukunianlar” fransalı üçün 85 milyon avro təklif edib. Ancaq monakolular oyunçusundan bu qədər ucuza ayrlmaq istəmirlər. “Knyazlıq klubu”nun tələbi 120 milyon avrodur.

 

Qeyd edək ki, 18 yaşlı futbolçunun xidmətində Madrid “Real”ı da maraqlıdır.