Təmsilçimiz Fransada 2 oyunda 1 xal qazandı
31.05.2016 - 11:54
Təmsilçimiz Fransada 2 oyunda 1 xal qazandı

Fransanın Lans və Lill şəhərlərində təşkil olunmuş Avropa məktəbli turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2014/15 mövsümünün qalibi olmuş Səbail rayonundakı 163 saylı orta məktəbin komandası iki oyun keçirib.

 

İlk oyunda Türkiyə təmsilçisinə 0:6 hesabı ilə məğlub olan məktəblilərimiz növbəti qarşılaşmada İngiltərə komandası ilə heç-heçə edib – 1:1.

 

Qeyd edək ki, A qrupunda mübarizə aparan təmsilçimizin digər rəqibləri Bolqarıstan, Fransa və Hollandiyadan olan məktəblilərdir.

 

Mənbə: affa.az