Təxirə salınan oyunun vaxtı dəqiqləşdi
06.02.2017 - 16:42
İspaniya çempionatının XVI turunun “Real” – “Valensiya” oyununun tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Madrid klubunun DÇ-də iştirakı üzündən təxirə salınan matç fevralın 22-də baş tutacaq.
“Real”ın təxirə salınan daha bir oyununun tarixi isə hələ müəyyənləşməyib. XXI turun “Selta” ilə səfər matçı stadionda yaranan durum üzündən baş tutmamışdı. Bu matçın vaxtı sonradan dəqiqləşəcək.
Qeyd edək ki, 2 oyunu ehtiyatda olan “Real” turnir cədvəlinin 1-ci pilləsindədi. Madridlilər “Barselona”nı 1 xal qabaqlayır.
0
0