Topaz Premyer Liqası: 7 futbolçu cəzalandı
27.04.2015 - 13:54
Topaz Premyer Liqası: 7 futbolçu cəzalandı

Topaz Premyer Liqasının XXXI turu 7 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, bu oyunçular müxtəlif səbəblərdən növbəti turu buraxmalı olacaq.

 

Karlos Kardoso “Neftçi”nin “Qarabağ”la qarşılaşmasında, Elvin Mirzəyev isə “Xəzər Lənkəran”ın “Qəbələ” ilə matçında qırmızı vərəqə aldığından cəzalı duruma düşüb. Sonuncu “Bakı”, braziliyalı legioner “Sumqayıt”la qarşılaşmada meydana çıxa bilməyəcək.

 

Digər 5 futbolçu isə qırmızı vərəqə almasa da, sarı vərəqə sayında limitə düşüb. “Qəbələ”nin yarımmüdafiəçi Elvin Camalov “Xəzər Lənkəran”la görüşdə 8-ci xəbərdarlığını alıb. O, bu üzdən də “Qarabağ”a qarşı oynaya bilməyəcək.

 

AZAL-la görüşdə sarı vərəqə sayını 4-ə çatdıran Coşqun Diniyev “Simurq”la matçı buraxacaq. Zaqatala təmsilçisi isə Tural Axundovla Elnur Abdullayevin xidmətindən məhrumdu. Buna onların “Sumqayıt”la görüşdə xəbərdarlıq alması səbəb olub. Tural mövsümdə 8, Elnur isə 2-si “Xəzər Lənkəran”, 2-si “Simurq”da olmaqla, 4 dəfə sarı vərəqə alıb.

 

“Xəzər Lənkəran”ın heyətində Rasim Ramaldanov da meydana çıxa bilməyəcək. Müdafiəçi “Qəbələ” ilə ev matçında 8-ci sarı vərəqəsini alıb.

0