Dünyanın müxtəlif turnirlərinin məhsuldarlıq üzrə cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda 251 yarış yer alıb.
Azərbaycan çempionatının hər iki dəstəsi – həm Topaz Premyer Liqası, həm də I divizion cədvələ daxil edilib. Aşağı liqa məhsuldarlığı ilə daha ön sıralarda qərarlaşıb.
Belə ki, hər matçında 3,77 qol vurulan I divizion dünyanın 11-ci məhsuldar yarışıdı. Premyer Liqa isə yalnız 210-cu sıradadı. Buradakı məhsuldarlıq 2,25-ə bərabərdi.
Qeyd edək ki, ən yüksək məhsuldarlıq Almaniyanın Bremen Oberliqasındadı – 4,30. Afrikanın DÇ-2018 üçün seçmə mərhələsindəki rəqəm isə 1,53-dü.