Totti okeanın o tayına köçmək istəmir
25.03.2016 - 16:06
Totti okeanın o tayına köçmək istəmir

“Roma”nın kapitanı Françesko Totti ABŞ-a köçmək fikrindən uzaqdı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı hücumçunun adı “Nyu-York Kosmos” klubu ilə birgə hallansa da, italiyalı futbolçu həmin kluba keçməyəcək.

 

Məlumatı Nyu-York təmsilçisinin marketinq direktoru Di Kandra da təkzib edib. O bildirib ki, Totti okeanın o tayına köçmək istəmir: “Françesko fantastik futbolçudu. Ancaq indiki məqamda o, “Nyu-York Kosmos”a keçməyə hazırlaşmır”.

 

Qeyd edək ki, “Roma”nın yetirməsi olan Totti karyerası ərzində yalnız bu klubun formasını geyinib. O, “canavarlar”ın heyətində 751 oyunda 300 qola imza atıb.