“Roma”nın canlı əfsanəsi Françesko Totti karyerasını davam etdirmək qərarına gəlib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 40 yaşlı yarımmüdafiəçi gələn mövsümü də “Roma”nın heyətində keçirəcək.
Belə ki, “canavarlar”ın prezidenti Ceyms Pallotta kapitana yeni 1 illik müqavilə təklif edib. Futbol oynamaqdan yorulmayan “imperator” da bu təklifi müsbət cavablandırıb. Yeni müqaviləyə prezident İtaliyaya döndükdən sonra, yəni mayın axırlarında imza atılacaq. Anlaşmaya əsasən, ulduz futbolçunun qarşıdakı mövsümdə məvacibi 1,1 milyon avro təşkil edəcək.
Qeyd edək ki, peşəkar futbolçu karyerasında yalnız “Roma”nın formasını geyinmiş Françesko Totti 1992-ci ildən bəri paytaxt klubunun heyətində 757 oyun keçirib, 304 qola imza atıb.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi