Rusiya Premyer Liqasında çempionluqdan kənar qalan “Spartak” baş məşqçi Murat Yakınla yollarını ayırmaq barədə düşünür. Apasport.az saytının məlumatına görə, Moskva klubu cari mövsüm bitmədən öz istəyini reallışdırmaq istəyir.
Lakin Rusiya mətbuatında gedən informasiyalara inansaq, türk əsilli çalışdırıcı komandadan uzaqlaşmağı ağlının ucundan belə keçirmir.
Qeyd edək ki, “Spartak”ın yeni məşqçi siyahısında Sinişa Mihayloviç, Mirça Luçesku, Di Matteo, Roberto Mançini və Konte kimi təcrübəli mütəxəssislər var. Hazırda paytaxt təmsilçisi 23 oyunun ardından 36 xalla 7-ci pillədə qərarlaşıb. Klub rəhbərliyi isə bu çıxışı “Spartak” üçün uğurlu saymır.