Türk futbolçu əməliyyat olundu
23.12.2016 - 23:00
“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan dizindən əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.
Bildirilib ki, əməliyyat uğurlu keçib. 26 yaşlı yarımmüdafiəçinin bərpa müddəti isə hələlik müəyyənləşməyib.
Qeyd edək ki, bundan əvvəl İ.Gündoğanın mövsümü erkən başa vurduğu iddia edilirdi.
0
0