Türk futbolçunun İtaliya macərası çox çəkməyəcək
21.08.2016 - 19:45
Türk futbolçunun İtaliya macərası çox çəkməyəcək

Türkiyəli futbolçu Caner Erkinin İtaliya macərası başlamamış bitə bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb müdafiəçinin yeni baş məşqçi tərəfindən mövsüm üçün heyətdə düşünülməməsidir.

 

Belə ki, Roberto Mançinin şəxsi istəyi ilə iş yerini Türkiyədən İtaliyaya dəyişən oyunçu yeni çalışdırıcı Frank De Burun planlarına daxil deyil. Hollandiyalı mütəxəssis müdafiənin sol cinahında David Santona şans verməyi düşünür.

 

Türk futbolçunun meneceri isə ona İspaniya və İngiltərədən təkliflər olduğunu bildirib.