“Qalatasaray” qalib gələ bilmədi, “Antalyaspor” səfərdə sevindi - YENİLƏNİB
27.03.2014 - 00:27
“Qalatasaray” qalib gələ bilmədi, “Antalyaspor” səfərdə sevindi - YENİLƏNİB

Türkiyə kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk yarımfinal görüşündə “Qalatasaray” “Bursaspor”u qəbul edib.

 

İlk yarını 2:0 hesabı ilə öndə olan “Qalatasaray” ikinci yarıda qapısından 2 top buraxıb və oyun bərabərliklə başa çatıb. Görüş ərzində azarkeşlər italiyalı baş məşqçi Roberto Mançiniyə “istefa” şüarları səsləndirib.

 

İkinci yarımfinal oyununda isə “Əskişəhərspor” “Antalyaspor”u qəbul edib. Qonaqlar minimal hesabla qalib gəlib. 

 

25 mart 

“Qalatasaray” – “Bursaspor” 2:2
Qollar: Sneyder, 11; Səlçuk, 40 - Volkan, 46; Yılmaz, 88

 

26 mart

“Əskişəhərspor” – “Antalyaspor” 0:1
 Qol: Qol: Uğur İncəman, 83

  

Qeyd edək ki, cavab oyunları aprelin 4-də keçiriləcək. 

0