Türkiyə millisi üçün özəl təyyarə - FOTO
11.05.2016 - 00:53
Türkiyə millisi üçün özəl təyyarə - FOTO

AVRO-2016-nın final mərhələsində iştirak edəcək Türkiyə milli komandası üçün xüsusi təyyarə hazırlanıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ı Fransaya aparacaq nəqliyyat vasitəsini Türk Hava Yolları təqdim edəcək.

 

Təyyarənin əsas özəlliyi gövdəsində milli komandanın oyunçularının və baş məşqçi Fatih Terimin şəklinin yer almasıdı.

 

Yunus Mallı, Hakan Balta, Volkan Babacan, Oğuzhan Özyakup, Səlcuq İnan, Arda Turan, Alper Potuk, Ozan Tufan və Cenk Tosunun məlum şəkildə yer alması Türkiyə mətbuatı tərəfindən bu oyunçuların milli komandanın heyətində yer alacağı kimi şərh edilib.

0