[b]Türkiyə millisinin üzvünə İtaliyadan təklif[/b]
14.06.2016 - 10:13
[b]Türkiyə millisinin üzvünə İtaliyadan təklif[/b]

Türkiyə yığmasının və “Beşiktaş”ın futbolçusu Oğuzhan Özyakup karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, istedadlı yarımmüdafiəçi ilə “Napoli” yaxından maraqlanır.
 

Neapol klubunun nümayəndələri Türkiyə - Xorvatiya matçını tribunadan izləyiblər. Lakin bu keçidin baş tutması üçün “Napoli” rəqabətdən qalib ayrılmalıdı. Belə ki, “Arsenal” da Oğuzhanla maraqlanır və geri qaytarmaqda maraqlıdı.

 

Qeyd edək ki, Oğuzhan Özyakup “Beşiktaş”a 2012-ci ildə “Arsenal”dan keçib.