Üç gündə 3 oyun
14.01.2017 - 15:51
Antalya toplanışında olan “Şəmkir”in daha üç komanda ilə yoldaşlıq oyunu keçirəcəyi təsdiqlənib. Apasport.az saytının məlumatına görə, I divizionda çıxış edən qərblilər ardıcıl üç gün meydana çıxacaq.
Qəhrəman Əliyevin yetirmələri yanvarın 17-də Qazaxıstan Premyer Liqasında mübarizə aparan "Okjetpes" klubu ilə görüşəcək.
Əyalət təmsilçisi ayın 18-də daha bir Qazaxıstan klubu ilə, bu dəfə "Tobol"la qarşılaşacaq. Ertəsi gün isə şəmkirlilər Ukraynanın "Dnepr" komandasını sınağa çəkəcək.
0
0