UEFA “Qalatasaray”ı cəzalandıracaq
02.10.2014 - 22:34
UEFA “Qalatasaray”ı cəzalandıracaq

UEFA “Qalatasaray”, Dortmund “Borussiya”sı və “Bazel” barəsində intizam işlərininə başlayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb Çempionlar Liqasının qrup mərhələsinin II turunda azarkeşlərin meydana yanan maddələri meydana atmasıdır.

 

Belə ki, “Cim-Bom” fanatları “topçular”la (4:1) Londonda keçirilən qarşılaşmanın 37-dəqiqəsində matçın oynanılmasına müdaxilə ediblər. Yanan maddələrin meydana atılmasını görən görüşün referisi oyunu saxlamaq məcburiyyətində qalıb.

 

“Anderlext” - “Borussiya” (0:3) matçında da qonaq komandanın azarkeşləri meydana yad əşyaları atıblar. “Liverpul”un səfərdə “Bazel”ə 1:0 hesabı ilə uduzduğu görüşdə isə meydan sahiblərinin fanatları özlərindən çıxıblar.

 

Qeyd edək ki, İsveçrə klubu barəsində ikiillik sınaq müddəti davam edib. Hər üç komandanın işinə oktyabrın 16-da, UEFA-nın İntizam Komissiyası tərəfindən baxılacaq.

0