[b]Xaqani Məmmədovun növbəti ağ yalanı[/b]
14.06.2017 - 13:30
[b]Xaqani Məmmədovun növbəti ağ yalanı[/b]

UEFA 2017-18 mövsümünün ilk yarısı üçün futbol hakimlərinin kateqoriyalarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, azərbaycanlı FİFA referisi Əliyar Ağayevin hansı sırada yer alacağı məlum olub.

 

Belə ki, gənc referimizin I kateqoriyaya düşəcəyi gözlənilsə də, bu, baş verməyib. Qitə futbol qurumu onu yenidən II kateqoriyada saxlayıb.

 

Digər beynəlxalq dərəcəli hakimlərimiz Rəhim Həsənov və Ömər Paşayev isə III kateqoriyada qərarlaşıblar.

 

Həmçinin futzal və qadın hakimlərin də kateqoriyaları müəyyənləşib. Qadınlarda azərbaycanlı referilər Səbayel Qurbanova və Yuliya Qurbanova qış fasiləsinə qədər III kateqoriyada qərarlaşacaqlar.

 

Futzalda isə Elçin Səmədli mövsümə 17 nəfərin yer aldığı I dərəcədən başlayacaq. Ondan fərqli, Ramil Namazov, Yusif Nurullayev və Hikmət Qafarlı III kateqoriyada göstəriliblər. 

 

Qeyd edəkl ki, bir müddət əvvəl AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov açıqlamasında Əliyar Ağayevin yeni mövsümdən I kateqoriyaya keçəcəyini bildirmişdi.