UEFA Pikeyə cəza verməyəcək
26.02.2016 - 01:41
UEFA “Barselona”nın futbolçusu Xerard Pikeyə əlavə cəza verməyəcək. Apasport.az saytının məlumatına görə, “Arsenal”la Çempionlar Liqası 1/8 final ilk matçının gedişində sarı vərəqə alaraq cəzalı vəziyyətə düşən müdafiəçi bunu bilərəkdən etməkdə ittiham olunurdu.
Əgər ali futbol qurumu bunun həqiqətən belə olduğunu düşünsə, oyunçuya bir oyundan daha artıq cəza verə bilərdi. Ancaq UEFA bu ittihamları rədd edib. Pike sadəcə “Arsenal”la cavab qarşılaşmasını buraxacaq.
O, əgər “Barselona” 1/4 finala çıxarsa, komandasına kömək edə biləcək.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0