UEFA-nın əmsallar cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər olub.
Bu dəyişikliklər Azərbaycanın tarixinin rekordunu təkrarlaması ilə nəticələnib. Belə ki, ölkəmiz son 5 mövsümün nəticələrinə əsasən toplanan əmsalını 10,375-ə çatdırıb. Bu isə futbol tariximizdə ən yüksək göstəricinin – ötən mövsümün sonundakı nəticənin təkrarıdır.
Qazanılacaq növbəti heç-heçə belə yeni rekordla nəticələnəcək. İndiki göstəricinin bu həddə çatmasında isə “Neftçi”nin qələbəsi rol oynadı. Sloveniyada “Koper”i 2:0 hesabı ilə yenən “ağ-qaralar”ın qazandıdığı 0,250 xal rekorda səbəb oldu.
Cari mövsüm toplanan 1,500 xalın 0,750-sini isə “İnter” əldə edib. Öz meydanında “Elfsborq”a 0:1 hesabı ilə yenilən bakılılar bu rəqəmi artıra bilməyib. “Qarabağ” isə aktivimizə 0,500 xal gətirib.
Lakin rekordun təkrarlanması ümumi sıralamadakı mövqeyə təsir etməyib. Azərbaycan hələ də 30-cu sıradadır. 29-cu olan Macarıstanla xal fərqi 0,250-də qalıb. Ən yaxın izləyicimiz – 31-ci olan Slovakiya ilə fərq də eynidir. “Slovan”ın Uelsdə TNS-ə 2 cavabsız qol vurması fərqin qorunması ilə nəticələnib. ən yaxın izləyicimiz Slovakiya ilə xal fərqi də eynidir.
yer |
Ölkə |
xal |
klublar |
1 |
İspaniya |
81.499 |
7/ 7 |
2 |
İngiltərə |
68.534 |
7/ 7 |
3 |
Almaniya |
65.272 |
7/ 7 |
4 |
Portuqaliya |
53.632 |
6/ 6 |
5 |
İtaliya |
52.843 |
6/ 6 |
6 |
Fransa |
42.833 |
6/ 6 |
7 |
Rusiya |
41.832 |
6/ 6 |
8 |
Ukrayna |
36.166 |
6/ 6 |
9 |
Hollandiya |
35.646 |
5/ 6 |
10 |
Belçika |
28.800 |
5/ 5 |
11 |
İsveçrə |
28.475 |
4/ 5 |
12 |
Türkiyə |
27.600 |
4/ 5 |
13 |
Yunanıstan |
26.800 |
5/ 5 |
14 |
Çexiya |
26.625 |
4/ 4 |
15 |
Rumıniya |
22.549 |
4/ 4 |
16 |
Avstriya |
22.050 |
4/ 4 |
17 |
İsrail |
20.500 |
2/ 4 |
18 |
Kipr |
19.300 |
5/ 5 |
19 |
Xorvatiya |
18.625 |
4/ 4 |
20 |
Polşa |
17.750 |
3/ 4 |
21 |
Danimarka |
17.200 |
5/ 5 |
22 |
Belarus |
16.500 |
3/ 4 |
23 |
Şotlandiya |
15.650 |
3/ 4 |
24 |
İsveç |
15.525 |
5/ 5 |
25 |
Bolqarıstan |
14.500 |
1/ 4 |
26 |
Norvüç |
14.075 |
2/ 5 |
27 |
Serbiya |
12.625 |
1/ 4 |
28 |
Sloveniya |
11.125 |
1/ 4 |
29 |
Macarıstan |
10.625 |
2/ 4 |
30 |
AZƏRBAYCAN |
10.375 |
2/ 4 |
31 |
Slovakiya |
10.125 |
3/ 4 |
32 |
Qazaxıstan |
9.625 |
3/ 4 |
33 |
Moldova |
9.375 |
2/ 4 |
34 |
Gürcüstan |
9.250 |
1/ 4 |
35 |
İslandiya |
7.375 |
2/ 4 |
36 |
Bosniya və Hersoqovina |
7.250 |
1/ 4 |
37 |
Finlandiya |
7.000 |
1/ 5 |
38 |
Lixtenşteyn |
6.000 |
1 |
39 |
Makedoniya |
5.875 |
1/ 4 |
40 |
İrlandiya |
5.750 |
4 |
41 |
Monteneqro |
5.625 |
4 |
42 |
Albaniya |
5.375 |
4 |
43 |
Lüksemburq |
5.125 |
4 |
44 |
Şimali İrlandiya |
4.875 |
4 |
45 |
Litva |
4.500 |
4 |
46 |
Latviya |
4.250 |
4 |
47 |
Malta |
4.208 |
4 |
48 |
Estoniya |
3.500 |
4 |
49 |
Farer adaları |
3.500 |
1/ 4 |
50 |
Uels |
2.875 |
4 |
51 |
Ermənistan |
2.750 |
4 |
52 |
Andorra |
0.833 |
3 |
53 |
San-Marino |
0.499 |
3 |
54 |
Cəbəllütariq |
0.250 |
2 |
Qeyd: klublar sütununda “/” işarəsindən əvvəl mübarizəni davam etdirən, sonra isə bütün klubların sayı əks olunub.