Futzal üzrə Ukrayna millisi Azərbaycana səfər etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində ölkəmizdə oyunlar keçirəcək ukraynalılar martın 16-da Bakıya gələcəklər.
Hazırda öz vətənində hazırlıq keçən millimizin rəqibinin heyətində müəyyən dəyişikliklər də edilib. Petr Şoturmu yığmada Aleksandr Sorokin əvəz edib. Komandanın liderlərindən sayılan Vitali Dzyuba isə zədə ucbatından ölkəmizə gəlməyəcək. Onu “Lokomotiv”in üzvü Yevgeni Roqaçev əvəzləyib.
Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsində Azərbaycan, Ukrayna, Belçika və Danimarkanın yer aldığı IV qrupun oyunları martın 18, 19 və 21-də “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək. Yığmamız həmin günlərdə müvafiq olaraq Belçika, Danimarka və Ukrayna milliləri ilə qarşılaşacaq.