Ulduz futbolçuya klubundan təklif: Karyeranı bitir
13.12.2016 - 13:45
Ulduz futbolçuya klubundan təklif: Karyeranı bitir

“Çelsi”nin kapitanı Con Terri gələn mövsüm də bu komandada qala bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu dəfə futbolçu yox, klub rəsmisi qismində.

 

Belə ki, “zadəganlar” 36 yaşlı müdafiəçiyə mövsümün sonunda karyerasını bitirməyi təklif ediblər. Bunun müqabilində o, yayda klubda rəhbər vəzifəyə gətiriləcək. Terri özü də Çindən sərfəli təklif almasına baxmayaraq, mövsümün sonuna qədər “Çelsi”də qalmaq və karyerasını London klubunun heyətində bitirmək niyyətindədi.

 

Qeyd edək ki, Con Terri 1998-ci ildən “Çelsi”nin formasını geyinir.