Van Persi “Mançester Yunayted”i erkən tərk edə bilər
11.03.2014 - 23:36
Van Persi “Mançester Yunayted”i erkən tərk edə bilər

 

“Mançester Yunayted”in hücumçusu Robin Van Persi komandanı vaxtından əvvəl tərk edə bilər. Apasport.az saytının məlumatına görə, hollandiyalının müqaviləsində ona başqa klubla danışıqlar aparmağa icazə verən bənd var.

 

Qeyd edək ki, Van Persinin baş məşqçi Devid Moyeslə problemləri olduğu çoxdan bəllidir. Hollandiyalı hücumçu “MY”da aldığı puldan da narazıdır. “Qırmızı şeytanların” Ueyn Runi ilə müqaviləni uzatması da öz təsirini göstərib. Belə ki, bir çoxları məhz Runinin komandanın əsas hücumçusu olacağına və əsas heyətdə Van Persini sıxışdıracağına əmindirlər.

 

Nəhayət, hollandiyalı hücumçunun imzaladığı müqaviləyə görə, “Mançester Yunayted” bu mövsümdə Çempionlar Liqasına vəsiqə qazana bilməsə, futbolçu komandanı vaxtından əvvəl tərk etmək hüququ qazanır. “MY”nun növbəti mövsümdə ÇL-yə vəsiqə qazanacağı isə inandırıcı deyil. Düzdür, “qırmızı şeytanlar” onun komandanı tərk etməsini əngəlləyə də bilərlər. Elə həmin bənddə qeyd olunub ki, Van Persi üçün irəli sürülən transfer məbləği müəyyən edilmiş həddən aşağı olsa, klub oyunçusunu buraxmamaq hüququna malikdir. Müəyyən edilmiş həddin nə qədər olduğu isə açıqlanmır.

 

 

0