Vüqar Nadirov “15-liy”ə düşdü
09.03.2015 - 15:18
Vüqar Nadirov “15-liy”ə düşdü

Topaz Premyer Liqasının XXV turu “Qarabağ”ın futbolçusu Vüqar Nadirov üçün əlamətdar olub. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Nadirov “Xəzər Lənkəran”la (1:0) qarşılaşmada Ağdam klubunun heyətində 200-cü çempionat matçına çıxıb.

 

Bu matçda meydana start heyətində çıxan oyunçu 2001/02 mövsümündə debüt etdiyi klubdakı matçların sayında yubiley həddinə çatıb. Ölkə çempionatında “Xəzər Lənkəran”, “Masallı” və “Karvan”da da oynayan Nadirov ümumilikdə 283 qarşılaşmada 41 qol vurub. Bunlardan 200 oyun və 27 qol “Qarabağ” karyerasına təsadüf edib.

 

Nadirov digər yarışları (avrokuboklar, “Birlik kuboku”, ölkə kuboku) da nəzərə almaqla, Ağdam klubunda 261 matçda 38 dəfə fərqlənib. O, Azərbaycan çempionatları tarixində eyni klubda 200 və daha çox oyun keçirən 15-ci futbolçudur.

 

1. Aslan Kərimov (“Qarabağ”) – 268

2. Sakit Alıyev (“Turan”) – 248

3. Müşfiq Hüseynov (“Qarabağ”) – 244

4. Nizami Sadıqov (“Turan”) - 237

5. Səttar Əliyev (“Qarabağ”) – 230

6. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)– 227

7. Yaşar Hüseynov (“Qarabağ”) – 226

8. Müşfiq Vəliyev (“Viləş”) - 221

9. Alay Bəhramov (“Viləş”) – 220

10-11. Eltay Aslanov (“Turan”) – 208

10-11. Usim Nduka (AZAL) – 208

12. Vladimir Levin (“İnter”) – 205

13. Nadir Nəbiyev (“Turan) - 204

14. Namiq Yusifov (“Qarabağ”) – 203

15. Vüqar Nadirov (“Qarabağ”) – 200