Xavi Hernandes milliyə çağrıldı
25.12.2016 - 23:04
Xavi Hernandes milliyə çağrıldı

Qatarın “Əl Sədd” klubunda çıxış edən Xavi Hernandez milliyə çağrılıb. Apasport.az saytının məlumatına görə, təcrübəli oyunçuya Kataloniya yığmasından dəvət gəlib.

 

Katalonlar dekabrın 28-də Tunis millisi ilə qarşılaşacaqlar.

 

Qeyd edək ki, Kataloniya millisi FİFA və UEFA-nın rəsmi üzvü deyil. Ona görə, bu yığmada oynayan futbolçular həm İspaniya millisində çıxış edə bilərlər. Xavi Hernandes, Puyol, İnyesta kimi oyunçular hər iki komandada çıxış ediblər.