Xorvatiya millisinin üzvü “Atletiko” ilə anlaşdı
22.06.2016 - 18:19
Xorvatiya millisinin üzvü “Atletiko” ilə anlaşdı

Xorvatiya millisinin və "Sassuolo"nun müdafiəçisi Şime Vrsalkoyla yeni mövsümdən İspaniya La Liqasında çıxış edəcək.

 

Apasport.az saytının məlumatına görə, oyunçu Madrid "Atletiko"su ilə anlaşıb.

 

Bu barədə xəbəri İspaniya mətbuatı yayıb. İspan həmkarlarımızın yazdığına görə, xorvat müdafiəçi yaxın günlərdə tibbi müayinədən keçəcək.

 

"Hindular"ın baş məşqçisi Dieqo Simeonenin Vrsalkonun AÇ-2016-da sərgilədiyi oyundan razı qaldığı və onu Xuanfranla rəqabət üçün transfer etdiyi deyilir.

 

Qeyd edək ki, xorvat müdafiəçi 2 mövsümdü A seriyası təmsilçisi "Sassuolo"nun şərəfini qoruyur. O, son mövsümdə meydana çıxdığı 36 oyunda 4 məhsuldar ötürməyə imza atıb.