Xorvatiyalı futbolçu rekorda doğru
14.04.2016 - 22:43
Xorvatiyalı futbolçu rekorda doğru

“Şaxtyor”un futbolçusu Dario Srna bu gecə UEFA Avropa Liqasının 1/4 final mərhələsi cavab qarşılaşması çərçivəsində “Braqa” ilə oyuna start heyətində başlayaraq, klubda oyun sayına görə rekordçu olacaq. Apasport.az saytının məlumatına görə, bu, xorvatiyalı futbolçunun bütün turnirlər nəzərə alınmaqla 486-cı matçı olacaq.

 

Bundan əvvəlki rekord isə 485 oyunla Mixail Sokolovskiyə aid olub.

 

Srna bu oyunların 307-sini Ukrayna çempionatında, 44-nü ölkə kubokunda, daha 10 matçı ölkə super kubokunda və 125-ni isə Avrokuboklarda keçirib.