[b]Xoş olmayan xatirə[/b]
31.08.2017 - 12:00
Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsinin növbəti oyununda Norveçin qonağı olacaq. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın baş tutacağı tarix yığmamız üçün xoş olmayan xatirə ilə əlamətdardı.
Belə ki, komandamız indiyədək sentyabrın 1-də keçirdiyi yeganə qarşılaşmada məğlub olub. Bu hadisə 16 il öncə yaşanıb.
Azərbaycan millisi 2001-ci ildə Moldova ilə Kişinyovda görüşüb. Meydan sahibləri sentyabrın ilk gününü 2:0 hesablı qələbə ilə başa vurub.
Həmin qarşılaşma DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində baş tutub.
0
0