Yarımfinalçılar müəyyənləşdi
10.02.2016 - 09:07
Yarımfinalçılar müəyyənləşdi

Serbiyada keçirilən futzal üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, mərhələnin son günündə 2 qarşılaşma baş tutub.

 

Günün ilk matçında Rusiya Azərbaycanı 6:2 hesabı ilə məğlub edib. 1/4 finalın son matçında isə sensasiya qeydə alınıb. Son Avropa çempionu, qrup mərhələsində qapısından qol buraxmayan İtaliya yarışın debütantı Qazaxıstan qarşısında aciz qalıb. Sonuncular bu matçda 5:2 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, 1/4 final mərhələsi başa çatdıqdan sonra yarımfinal cütləri müəyyənləşib. Fevralın 11-də keçiriləcək mərhələnin ilk oyununda Serbiya Rusiya ilə, ikinci matçda İspaniya Qazaxıstanla qarşılaşacaq.

 

Futzal üzrə Avropa çempionatının final mərhələsi

1/4 final

9 fevral

Rusiya – Azərbaycan – 6:2

Qazaxıstan – İtaliya – 5:2