“Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture komandasını tərk etməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu futbolçunun meneceri deyib.
Agent bildirib ki, klub rəhbərliyinə artıq vaxt da veriblər: “Biz əvvəlcə “Mançester Siti”nin mövqeyini öyrənmək istəyirik. Əgər bu müddətdə onlardan bir xəbər çıxmasa, digər komandalarla danışıqlara başlayacağıq. Ture Mançesterdə xoşbəxtdi və burda qalmağın əleyhinə deyil. Əgər onun pula görə, yeni müqavilə bağlamadığını düşünürsünüzsə, yanılırsınız. Çindən sərfəli təklif almışıq. Futbolçu “Mançester Siti”dən ayrılsa, İngiltərədə qalmayacaq. Qvardiolanın Yayanı bəyəndiyini düşünürəm. Lakin onunla və ya onsuz klub rəhbərliyi bir qərar verməlidi”.
Qeyd edək ki, Yaya Ture 2010-cu ildən “Mançester Siti”nin formasını geyinir.