Yaya Ture bağışlandı
02.02.2017 - 20:38
Yaya Ture bağışlandı

“Mançester Siti” Çempionlar Liqası üçün sifariş etdiyi iştirak ərizəsinə iki futbolçu əlavə edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Pep Qvardiola yeni transfer Qabriel Xesusla yanaşı Yaya Tureni də siyahıya salıb.

 

Qeyd edək ki, bir müddət əvvəl afrikalı futbolçunun meneceri ispaniyalı çalışdırıcı haqqında xoşagəlməz ifadələr işlətdiyi üçün oyunçu heyətdən kənarlaşdırılmışdı.