[b]Bədavi Hüseynovun qolu hesaba alınmadı[/b]
24.12.2014 - 14:50
[b]Bədavi Hüseynovun qolu hesaba alınmadı[/b]

Topaz Premyer Liqasında vurulan qollardan birinin müəllifi dəyişdirilib. Apasport.az saytının məlumatına görə, XVII turunda keçirilən “Qarabağ” – “Xəzər Lənkəran” oyununda hakimin texniki səhvi qeydə alınıb.

 

Bu üzdən Peşəkar Futbol Liqası vurulan qolların birinin müəllifində dəyişiklik edib. “Qarabağ”ın üçüncü qolu Bədavi Hüseynovun aktivindən silinərək, “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanovun passivinə yazılıb.

 

Qeyd edək ki, qarşılaşmanı 2015-ci ildən FİFA referisi olacaq Orxan Məmmədov idarə edib. Qolun müəllifini də məhz o, səhv qeydə alıb.

 

Mənbə: pfl.az