Yeni komandasında bir məşqə belə çıxmamış zədələndi
03.08.2016 - 20:30
Madridin “Atletiko” klubunun yeni transferi Kevin Qameyro zədələnib. Apasport.az saytnın məlumatına görə, bu barədə klubdan açıqlama verilib.
Belə ki, “Sevilya”dan transfer edilən fransız hücumçu yeni komandası ilə bir məşqə belə çıxmadan artıq xəsarət alıb. “Hindular”ın həkimləri onun sol budunda əzələ dartılması aşkarlayıb.
Hələlik hücumçunun hansı müddətə sıradan çıxması ilə bağlı açıqlama verilməyib.
0
0