Yığma üzvündən 35 günlük müqavilə
17.10.2015 - 09:52
Yığma üzvündən 35 günlük müqavilə

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Co Koul özünə yeni komanda tapıb. Uzun illər Premyer Liqada çıxış etmiş 33 yaşlı oyunçu karyerasını III liqada davam etdirəcək.

 

“Çelsi” və “Liverpul”dakı oyunları ilə tanınan Koul “Koventri Siti” klubu ilə anlaşıb. Bu məlumatı klub rəsmi saytı vasitəsilə yayımlayıb. Maraqlıdı ki, Co Koul yeni komandası ilə cəmi 35 günlük sazişə qol çəkib. Yəni futbolçu “Koventri Siti”yə yalnız qış fasiləsinə qədər kömək edəcək.

 

Qeyd edək ki, Co Koul 2001-2010-cu illərdə 56 dəfə İngiltərə yığmasının formasını geyinib və 10 qola imza atıb.

0